Azərbaycanda Dərman Qiymətləri Qonşu ölkələrlə Niyə Fərqlənir? - AÇIQLAMA

Son dövrlərdə müşahidələrimiz göstərir ki, Azərbaycanda dərman qiymətləri qonşu ölkələrlə müqayisədə xeyli yüksəkdir. Bu vəziyyət insanların narahatlığına səbəb olmaqla yanaşı, səhiyyə xərclərinin artmasına və alıcılıq qabiliyyətinin azalmasına da təsir göstərir. Bəs bu qiymət fərqinin başlıca səbəbləri nələrdir? Mövzu ilə bağlı Sonxeber.az-a tibbi ekspert Adil Qeybulla danışıb. O, açıqlamasında qeyd edib ki, dərmanların qiymətinin artırılmasına Tarif Şurası da mütəmadi olaraq müdaxilə edir: "Yalnız dərmanların deyil, həmçinin qida məhsullarının, sənaye mallarının və digər əşyaların da qiyməti artmaqda davam edir. Bu isə alıcılıq qabiliyyətinin azalmasına səbəb olur. Dərmanlar bəzən məcburi səbəblərdən insanlar tərəfindən istehlak edilsə də, bəzi qida məhsulları, xüsusilə də sənaye malları və digər məhsulların alıcılıq qabiliyyəti aşağı düşür. Bu isə ümumilikdə ölkədə pul dövriyyəsinə mənfi təsir göstərir. Hesab edirəm ki, gəlirlərin qiymət artımına adekvat olmadığı belə bir dövrdə, insanların narahatlıq keçirməsi başadüşüləndir. Buna görə də müəyyən çıxış yolları tapmaq lazımdır. Biz dərman idxalından asılı olan bir ölkə olaraq, bəzi dərmanları qardaş Türkiyədən gətirməyin daha məqsədəuyğun olacağını düşünürəm. Bu halda həmin dərmanları daxili bazarda daha ucuz qiymətə satmaq imkanımız yaranar. Bundan başqa, burada korporativ maraqlar da rol oynayır. Dərmanların qiymətinin artırılmasına Tarif Şurası da mütəmadi olaraq müdaxilə edir. Amma reallıq odur ki, hələlik əsaslı nəticələr əldə olunmur". Vüsalə İbarhimli

Mənbə: [https://sonxeber.az]