Azərbaycan Türkiyədən Mədən Sənayesi Məhsullarının Idxalına çəkdiyi Xərci 19 %-ə Yaxın Azaldıb

2025-ci ildə Azərbaycan Türkiyədən 11,698 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 18,7 % azdır. Təkcə dekabr ayında isə Türkiyə Azərbaycana 932 min dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 30 % azdır. Ötən il Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 3,4 % artaraq 6,213 milyard ABŞ dollarına, dekabrda isə 10,2 % artaraq 589 milyon ABŞ dollarına çatıb. Türkiyədən ən çox idxalı Çin 1 milyard 641,971 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 2,9 % az), ABŞ 538,036 milyon ABŞ dolları (6,3 % çox) və Bolqarıstan 459,696 milyon ABŞ dolları (1,2 % çox) həyata keçirib.