Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 488,154 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.
Təkcə noyabrda isə Türkiyə Azərbaycana 43,356 milyon ABŞ dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 1,4 % çoxdur.
Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri 11 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % artaraq 29 milyard 318 milyon ABŞ dolları, noyabrda isə 6 % azalaraq 2 milyard 367 milyon ABŞ dolları olub.
Türkiyədən ən çox idxalı Rumıniya 1,636 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 6,5 % az), İtaliya 1,535 milyard ABŞ dolları (+20 %) və BƏƏ 1,240 milyon ABŞ dolları (+4,8 dəfə) həyata keçirib.
2025-12-13
23:31:09
Azərbaycan Türkiyədən Kimyəvi Məhsullar Idxalına çəkdiyi Xərci 1,5 % Artırıb
Digər Xəbərlər
-
"2026-cı Il Azərbaycanda Böhranın Başlanğıcı Olacaq"- Iqtisadçı NATİQ CƏFƏRLİ
2025-12-15 15:48:10 -
Cari Ildə əczaçılıq Məhsullarının Istehsalı Iki Dəfə Artıb, Spirt Və Gübrə Istehsalı Isə Azalıb
2025-12-14 23:01:10 -
Ölkədə Istehsal Olunan Siqaret Və Spirtli Içkilərlə Bağlı Statistika Açıqlandı
2025-12-14 14:31:06 -
Azərbaycan Türkiyədən Mebel Idxalına çəkdiyi Xərci 9 %-ə Yaxın Azaldıb
2025-12-13 23:51:09 -
Qızıl, Gümüş Və Mis Konsentratının Hasilatı Artıb
2025-12-13 23:21:06