2025-ci ildə Azərbaycan Türkiyədən 134,571 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 1,1 % azdır.
Təkcə dekabrda isə Türkiyə Azərbaycana 12,977 milyon ABŞ dolları dəyərində isitmə, soyutma və havalandırma sistemləri ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 18 % çoxdur.
Ötən il Türkiyənin isitmə, soyutma və havalandırma sistemləri ixracının ümumi dəyəri illik müqayisədə 3,5 % artaraq 7,389 milyard ABŞ dollarına çatıb, dekabrda isə 9,2 % artaraq 663 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya 773 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 15,6 % çox), Böyük Britaniya 545 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 12,2 % çox) və İtaliya 368 milyon ABŞ dolları (13,1 % çox) həyata keçirib.
2026-01-10
23:11:10
Azərbaycan Türkiyədən Havalandırma Sistemləri Idxalına çəkdiyi Xərci 1 % Azaldıb
Digər Xəbərlər
-
Azərbaycan Türkiyədən Mədən Sənayesi Məhsullarının Idxalına çəkdiyi Xərci 19 %-ə Yaxın Azaldıb
2026-01-10 23:01:10 -
Azərbaycan Türkiyədən Meyvə-tərəvəz Məhsulları Idxalına çəkdiyi Xərci 10 %-ə Yaxın Azaldıb
2026-01-10 22:11:10 -
Azərbaycan Türkiyədən Tekstil Məhsulları Idxalına çəkdiyi Xərci 2 % Artırıb
2026-01-10 21:01:10 -
Azərbaycan Türkiyədən Mebel Idxalına çəkdiyi Xərci 10 %-ə Yaxın Azaldıb
2026-01-10 20:01:10 -
Şamaxı Və Göyçayda Heyvan Satışı Bazarları Açıldı
2026-01-10 19:11:05