Azərbaycan şirkətləri yaxın 5 ildə tikinti və xammal sektorunun, o cümlədən nəqliyyat və logistika sahələrinin daha çox böyüyəcəyini proqnozlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Deloitte" şirkətinin "Azərbaycanda biznes perspektivləri" adlı makroiqtisadi hesabatının doqquzuncu buraxılışındakı "Biznes etimadı sorğusu"nda qeyd edilib.
Sorğunun nəticələrinə görə, şirkətlər yaxın beş ildə Azərbaycanda ən sürətli inkişafın tikinti və xammal sektorunda (20 %), eləcə də nəqliyyat və logistika sahələrində (20 %) olacağını proqnozlaşdırırlar. Daha sonra telekommunikasiya və media (15 %), turizm (15 %), kənd təsərrüfatı (15 %), istehsalat (7,5 %), elektrik enerjisi və kommunal xidmətlər (5 %), həmçinin pərakəndə ticarət və xidmətlər(2,5 %) gəlir.
Hesabatda qeyd olunur ki, şirkətlər kibertəhlükəni əsas narahatlıq mənbələrindən biri kimi görürlər. Respondentlərin 32,5 %-i kibertəhlükənin ciddi təsirə malik olduğunu, 27,5 %-i orta, 30 %-i isə aşağı səviyyədə təsir göstərdiyini qeyd edib. Yalnız 10 % respondent bu riskin öz fəaliyyətlərinə heç bir təsir göstərməyəcəyini düşünür.
2025-10-18
19:41:12
Azərbaycan şirkətlərinin Yaxın 5 Ildə Inkişafını Proqnozlaşdırdığı Sahələr Açıqlanıb
Digər Xəbərlər
-
Azərbaycan Azot Gübrəsinin Ixracını Artırıb
2025-10-18 22:21:09 -
Qızıl Altı Min Dollara Qədər Bahalaşa Bilər
2025-10-18 21:41:11 -
Doqquz Ayda ölkəyə 350 Milyon Dollarlıq Geyim Məhsulu Gətirilib
2025-10-18 16:51:10 -
Prezident Naxçıvanda Yeni Idarə Yaratdı
2025-10-15 13:50:12 -
Ən çox əməkhaqqını Onlar Alır (SİYAHI)
2025-10-15 10:53:11