Azərbaycan 2024-cü ildə xarici ölkələrə 5 milyon ABŞ dolları dəyərində, ümumilikdə 7 min 91 ton pambıq yağı ixrac edib. Bu, əvvəlki illə müqayisədə dəyər baxımından 85%, həcm baxımından isə 57% artım deməkdir.
Əsas ixrac bazarları arasında Türkiyə (2,7 milyon ABŞ dolları, 4 min 225 ton), Tacikistan (1,6 milyon ABŞ dolları, 2 min 90 ton), Qırğızıstan (272 min ABŞ dolları, 183 ton) və Özbəkistan (174 min ABŞ dolları, 260 ton) yer alır.
Ən diqqət çəkən məqam isə Azərbaycanın son 14 ildə ilk dəfə olaraq Əfqanıstana 151,4 min ABŞ dolları dəyərində 174 ton pambıq yağı ixrac etməsidir. Bu, iki ölkə arasında yeni ticarət əlaqələrinin başlanğıcı hesab oluna bilər.
2024-cü ildə ixrac edilən pambıq yağının 52%-i Türkiyəyə göndərilib.