"Rusiya Dəmir Yolları" regiondan olan həmkarları ilə hazırda Rusiya mallarının Azərbaycan ərazisi üzərindən Ermənistana tranzitinin təşkili məsələləri üzərində işləyir".
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.
"Azərbaycan tərəfi bizə Rusiya məhsullarının Azərbaycan ərazisi ilə Ermənistana tranziti üçün Azərbaycanın dəmir yollarından istifadənin mümkünlüyünü təsdiqləyib. Yəni bu baxımdan çox maraqlı irəliləyişlər əldə etmişik. "Rusiya Dəmir Yolları" hazırda regiondakı həmkarları ilə birlikdə bu daşımaların təşkil edilməsi məsələlərini həll edirlər" , - deyə Overçuk qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Bakının öz ərazisindən Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırdığını açıqlamışdı.
2025-10-26
18:51:11                                                        
Aleksey Overçuk: "Rusiya Mallarının Azərbaycan üzərindən Ermənistana Tranziti Təşkil Ediləcək"
Digər Xəbərlər
- 
                Balığın Bahalaşma Səbəbi Açıqlandı2025-10-30 11:28:09
- 
                Prezident Bu Nazirliyə Yeni Səlahiyyət Verdi2025-10-29 14:39:09
- 
                Bakı Bazarlarında Balıq Da Bahalaşdı2025-10-28 12:15:11
- 
                Azərbaycan Qarğıdalı Idxalını 42 %-dən çox Azaldıb2025-10-26 10:11:09
- 
                Azərbayсan ət Idxalını 20 %-ə Yaxın Azaldıb2025-10-25 23:01:10
