Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni kadr təyinatı baş tutub. Qurumun İdarə Heyətinin sədri Vüsal Nəsirli Loğman Məmiyevi özünə müşavir təyin edib.
Bu barədə müvafiq əmr imzalanıb. Loğman Məmiyev bundan əvvəl "Binagadi Oil Company" şirkətində mühüm vəzifə tuturdu.
Xatırladaq ki, Vüsal Nəsirli bu ilin fevral ayında AAYDA-nın İdarə Heyətinin sədri təyin olunmuşdu. O, daha öncə Zaur İbrahimovu da özünə məsləhətçi təyin etmişdi.