Yeni Papa O Seçildi

Yeni Papa O Seçildi
Vatikanda yeni Roma Papası seçilib. Axşam.az xəbər verir ki, 267-ci Papa ABŞ-dan olan kardinaı Robert Francis Prevostdur. O, XIV Lev adını alıb. Yeni Papa Vatikanda eyvana çıxaraq ictimaiyyəti salamlayıb. Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. Yeni pontifikin seçilməsi üçün Vatikanda konklav mayın 7-də toplanıb.

Mənbə: https://sonxeber.az