Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiyanın Orenburq vilayətində qaz emalı zavoduna hücum edib.
"Report"un məlumatına görə, vilayətin qubernatoru Yevgeni Solntsev özünün Telegram kanalında sənaye obyektində baş verən insidentin təfərrüatlarını açıqlayıb.
Onun sözlərinə görə, hücum zamanı qaz stansiyasının infrastrukturuna qismən ziyan dəyib, sexlərdən birində yanğın baş verib.
"Hücumun nəticələrinin aradan qaldırılması üçün bütün fövqəladə xidmətlər işə salınıb, xilasedicilər yanğını söndürür. Zavodun işçiləri arasında itki yoxdur. Obyekt yaşayış məntəqəsi üçün təhlükə yaratmır", - Solntsev vurğulayıb.
2025-10-19
15:20:13
Ukrayna Ordusu Orenburqda Qaz Emalı Zavoduna PUA-lara Hücum Edib
Digər Xəbərlər
-
Rusiyada 43 Nəfər Kəskin Bağırsaq Infeksiyası Diaqnozu Ilə Xəstəxanaya Yerləşdirilib
2025-10-19 23:21:10 -
KİV: Nikolya Sarkozi Həbsxanada Təkadamlıq Kameraya Yerləşdiriləcək
2025-10-19 23:11:10 -
Nəhəng Asteroid Yerə Yaxınlaşır
2025-10-19 23:01:10 -
Tramp Venesuela Yaxınlığında Ordunun Elit Dəstəsini Yerləşdirib
2025-10-19 22:41:10 -
İsrail 150 Fələstinlinin Meyitini Qəzzaya Qaytarıb
2025-10-19 22:31:09