Ukrayna Banklarında Nağd Pul Qıtlığı: Macarıstanla Gərginlik Artır

Ukrayna bankları Macarıstanla yaşanan son gərginliklər səbəbindən nağd pul qıtlığı ilə üzləşir. Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) bu barədə məlumat yayıb.

Məlumata görə, Macarıstanda Ukrayna inkassatorları ilə bağlı baş verən hadisədən sonra banklarda nağd valyuta çatışmazlığı müşahidə olunur. Milli Bank bu problemin həlli üçün tədbirlər görəcəyini açıqlayıb.

Xatırladaq ki, Macarıstan Milli Vergi və Gömrük İdarəsi (NAV) daha əvvəl çirkli pulların yuyulmasında şübhəli bilinən yeddi Ukrayna vətəndaşını saxlamışdı. Bu şəxslərin üzərindən külli miqdarda valyuta və qızıl əşyalar aşkar edilmişdi. Hadisə iki ölkə arasında gərginliyə səbəb olmuş, Ukrayna Macarıstana nota göndərmişdi.

Daha sonra Macarıstan həmin şəxsləri ölkədən çıxarıb və Ukrayna Xarici İşlər Nazirliyi vətəndaşlarının geri qaytarıldığını bildirib.