Türkiyə Şimali Kiprə F-16 qırıcıları yerləşdirə bilər!
Türkiyə Milli Müdafiə Nazirliyi Şimali Kipr Türk Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə addımlar atır. Hazırda F-16 qırıcılarının adaya yerləşdirilməsi variantı gündəmdədir.
Regionda baş verən son hadisələr nəzərə alınaraq, Şimali Kiprin təhlükəsizliyinin gücləndirilməsi üçün müxtəlif ssenarilər hazırlanır. Bu, bölgədəki gərginliyin artdığı bir vaxtda atılan mühüm addımdır.
Xatırladaq ki, son zamanlarda İsrail və İran arasında baş verən qarşılıqlı hücumlar bölgədə vəziyyəti daha da gərginləşdirib. Bu səbəbdən Türkiyənin Şimali Kiprdə təhlükəsizliyi gücləndirmək qərarı strateji əhəmiyyət daşıyır.