Trampın Epşteyn Işi Ilə Bağlı FTB-yə Gizli Məlumatları Var Idi

ABŞ Prezidenti Donald Tramp maliyyəçi Cefri Epşteyn işi üzrə FTB-yə informatorluq edib. Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson bəyan edib. Onun sözlərinə görə, Tramp Epşteynlə bağlı şayiələri eşidən kimi onu Mar-a-Laqodakı rezidensiyasından qovub və hüquq-mühafizə orqanlarına məlumat verib: "O, Epşteyni nifrətlə yad edir. Onunla əlaqəni hələ prezident olmamışdan əvvəl kəsmişdi, çünki özü belə insan deyil", - deyə spiker vurğulayıb. O əlavə edib ki, Tramp "saxtalaşdırmadan" danışarkən, Epşteynin cinayətlərini deyil, demokratların ona qarşı siyasi hücumlarını nəzərdə tutur. Xatırladaq ki, Epşteyn 2019-cu ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı saxlanılmış, bir neçə ay sonra isə Nyu-York həbsxanasında intihar etmişdi. Onun dostları arasında siyasətçilər, iş adamları və şou-biznes ulduzları olub.

Mənbə: https://sonxeber.az