ABŞ Prezidenti Donald Tramp hökumətin fəaliyyətinin dayandırılmasının (şatdaun) onun administrasiyasına Demokratlar Partiyasının proqramlarını qəbul etməmək imkanı verdiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri "Fox Business" kanalına müsahibəsində bildirib.
Bundan əvvəl də ABŞ prezidenti dəfələrlə xəbərdarlıq edib ki, şatdaun federal işçilərin ixtisarına və Demokratlar Partiyasının təklif etdiyi layihələrinin ləğvinə səbəb ola bilər.
Xatırladaq ki, ABŞ federal hökuməti oktyabrın 1-dən etibarən maliyyələşdirmənin olmaması ilə əlaqədar qismən fəaliyyətini dayandırıb. Bu, ABŞ Konqresində hakim Respublikaçılar və müxalifətçi Demokratlar Partiyasının nümayəndələrinin səhiyyə sahəsi də daxil olmaqla, bir sıra xərclər barədə razılığa gələ bilməməsi səbəbindən baş verib.
2025-10-19
23:41:10
Tramp şatdaunun Respublikaçılar üçün Faydasından Danışdı
Digər Xəbərlər
-
Husilər BMT-nin Bir Neçə əməkdaşını Saxlayıblar
2025-10-19 23:51:10 -
Kolumbiya Prezidenti: ABŞ Suverenliyimizi Pozub
2025-10-19 23:31:10 -
Rusiyada 43 Nəfər Kəskin Bağırsaq Infeksiyası Diaqnozu Ilə Xəstəxanaya Yerləşdirilib
2025-10-19 23:21:10 -
KİV: Nikolya Sarkozi Həbsxanada Təkadamlıq Kameraya Yerləşdiriləcək
2025-10-19 23:11:10 -
Nəhəng Asteroid Yerə Yaxınlaşır
2025-10-19 23:01:10