ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyanı almaq istədiyini və buna istənilən yolla nail olacağını bildirib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, o, bu açıqlamanı Ağ Evdə iri neft şirkətlərinin rəhbərləri ilə görüşdə verib.
D.Tramp hazırda Qrenlandiyanı hər hansı şəkildə almağı ciddi şəkildə düşünmədiyini açıqlayıb.
"Mən hələ Qrenlandiya üçün puldan danışmıram. Bəlkə, sonra bu barədə danışdım, amma hazırda Qrenlandiya ilə nəsə etməyə hazırlaşırıq - onlar bunu istəsələr də, istəməsələr də. Əgər bunu biz etməsək, Rusiya və ya Çin edəcək, ABŞ isə Rusiya və ya Çinlə qonşu olmaq istəmir. Mən onlarla asan yolla razılaşmaq istərdim. Amma bunu edə bilməsək, çətin yol seçəcəyik", - deyə ABŞ rəhbəri vurğulayıb.
"Biz nəyəsə sahib olanda onu müdafiə edirik. İcarəyə götürdüyün şeyi bu yolla qoruya bilməzsən. Ona sahiblənməlisən", - deyə prezident Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin nə üçün vacib olması sualını cavablandırıb.
2026-01-10
22:51:10
Tramp: "ABŞ Istənilən Halda Qrenlandiyaya Sahib Olacaq"
Digər Xəbərlər
-
Pezeşkian: Bir Sıra Insanlar İranda Xaos Yaratmağa çalışırlar
2026-01-11 13:41:06 -
Tramp ABŞ-nin İranda Etirazçılara Köməyə Hazır Olduğunu Bəyan Edib
2026-01-11 13:31:10 -
BMT: 21 Milyona Yaxın Sudanlı Aclıqla üzləşib
2026-01-11 13:11:09 -
Tənha Yaşadığı Karavanda Meyiti Tapıldı
2026-01-11 12:51:10 -
ABŞ-də Nüvə Sınaqlarının Keçirilməsi Imkanı Müzakirə Edilir
2026-01-11 12:41:10