Tramp Kolumbiyalı Həmkarına Xəbərdarlıq Edib, Bu ölkəyə Subsidiyaları Dayandırıb

ABŞ prezidenti Donald Tramp kolumbiyalı həmkarı Qustavo Petroya kəskin xəbərdarlıq edərək, ondan ölkədə narkotik istehsalını dayandırmağı tələb edib. "Report"un məlumatına görə, müvafiq yazı Amerika liderinin "Truth Social" səhifəsində yerləşdirilib. "Petro dərhal bu ölüm sahələrini bağlamalıdır, əks halda Birləşmiş Ştatlar onun üçün onları bağlayacaq və bu, çirkin şəkildə olacaq", - Tramp bildirib. O, narkotik ticarətinin "Kolumbiyada ən böyük biznesə" çevrildiyini vurğulayıb: "Petro, ABŞ-dan uzunmüddətli Amerika oğurluğundan başqa bir şey olmayan böyük ödənişlərə və subsidiyalara baxmayaraq, bunun qarşısını almaq üçün heç nə etmir. Bu gündən etibarən Kolumbiyaya bu ödənişlər dayandırılacaq".