Tramp Britaniyanın Təyyarədaşıyan Gəmi Göndərməsini Unutmayacağını Dedi

ABŞ Prezidenti Donald Tramp, ABŞ ordusunun İranı məğlub etdiyi vaxtda Böyük Britaniyanın Yaxın Şərqə təyyarədaşıyan gəmilər göndərmək qərarını unutmayacağını bildirib.

Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb. O, Britaniyanın bu addımını tənqid edərək, ABŞ-ın artıq İrana qalib gəldiyini və bu cür hərəkətlərə ehtiyac olmadığını vurğulayıb.

“Bir zamanlar ən böyük müttəfiqimiz olan Britaniya nəhayət Yaxın Şərqə iki təyyarədaşıyan gəmi göndərməyi düşünür. Baş nazir Starmer, indi onlara ehtiyacımız yoxdur, amma bunu xatırlayacağıq. Qələbə çaldıqdan sonra müharibəyə qoşulanlara ehtiyacımız yoxdur”, - deyə Tramp qeyd edib.