Tokayev Xalqa Müraciət Edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edəcək. "Report" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Ruslan Jeldibay məlumat paylaşıb. Prezidentin çıxışı Bakı vaxtı ilə saat 10:00-da respublika televiziyalarında, eləcə də "Akorda"nın rəsmi sosial media səhifələrində canlı yayımlanacaq. Tokayevin müraciətində mövcud siyasi durum və iqtisadi vəziyyətlə bağlı mühüm açıqlamalar verəcəyi gözlənilir.

Mənbə: https://sonxeber.az