Thy-dən İranla Bağlı Gözlənilməz Qərar: Uçuşlar Dayandırıldı!

Türk Hava Yolları (THY) İrana olan bütün uçuşlarını müvəqqəti olaraq dayandırıb.

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bu barədə sosial media hesabında açıqlama verib. Nazir bildirib ki, THY, AJet, Pegasus və SunExpress aviaşirkətləri İran, İraq, Suriya, Livan və İordaniyaya olan uçuşlarını martın 9-u günün sonuna qədər təxirə salıb.

Bundan əlavə, Pegasus martın 12-nə, THY isə martın 20-nə qədər İrana uçuşları ləğv edib. Hələb istisna olmaqla, İran, İsrail, İraq, Qətər, Bəhreyn, Küveyt və Suriyanın hava məkanı bağlıdır. Oman, İordaniya və Səudiyyə Ərəbistanında qismən uçuşlar davam edir, BƏƏ-də isə hava nəqliyyatı məhdudlaşdırılıb.

Bu qərar, regiondakı gərgin vəziyyətlə əlaqədardır. Xatırladaq ki, son günlərdə İsrail və İran arasında qarşılıqlı hücumlar baş verib. Həmçinin, İranın Ali Lideri Əli Xameneinin öldürüldüyü barədə məlumatlar yayılıb.

İranın qonşu ölkələrə raket zərbələri endirməsi səbəbindən bir çox ölkədə hava məkanı müvəqqəti olaraq bağlanıb. THY-nin bu qərarı sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.