Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdə evini itirən 50 yaşlı Semra Özbay və 23 yaşlı oğlu Barış Özbay, hazırda Hatayın Defne rayonunda həyatlarını davam etdirirlər.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, zəlzələdə həm evlərini, həm də ailə üzvlərini itirən ailə artıq üç ildir ağır bir sınaqdan keçir. Faciədən sonra həyat eşqini itirən Barış Özbay, oxuduğu universiteti yarımçıq qoyaraq bütün vaxtını telefon və kompüter qarşısında keçirməyə başlayıb. Gəncin bu vərdişləri zamanla virtual asılılığa çevrilib.
Artıq Barış nə duş qəbul edir, nə də şəxsi gigiyenasına diqqət yetirir. O, üç ilə yaxındır evdən çölə çıxmır. Onun anası Semra Özbay isə bu vəziyyət qarşısında hər gün böyük iztirab çəkir. Ana kompüter və telefon qarşısında saatlarla hərəkətsiz qalan Barışın yenidən həyata qayıtması üçün dəstək istəyir.
Barış Özbay vəziyyətini belə izah edib:
"Adətən oyanıram, məcbur qalıb tualetə gedirəm, sonra yemək yeyirəm, ancaq məcbur olduğum üçün. Sonra otururam və telefonla oynayıram. Divarlara baxıram, axşam olmasını gözləyirəm və yatıram. Zəlzələdən iki ay əvvəl özümü evə qapatmışdım. Ondan öncə də həyata qarşı marağım azalmağa başlamışdı. Universitetdə logistika fakültəsində oxuyurdum. İndi heç nə etmək istəmirəm, duş almaq da daxil. Əlimdə olsa, nə tualetə gedərəm, nə də yemək yeyərəm. Hamısını məcburiyyətdən edirəm. Heç bir arzum yoxdur. Heç nə olmasını istəmirəm. Valideynlərim çalışırlar, amma mən düzəlmək və kömək almaq istəmirəm. Evdə oturacağam. Dırnaqlarımı da məcburiyyət qarşısında kəsdilər. Qısası, həyat mənim üçün gözəl deyil".
Ana Semra Özbay isə oğlunun vəziyyətindən ümidsizliklə danışıb:
"Oğlum Barış 23 yaşındadır. Zəlzələdə evimiz uçdu, nənəsini itirdi. Oğlum əvvəllər çox çalışqan idi, məktəbdə birinci olurdu, hər kəs onu sevirdi. Lakin zəlzələdən sonra hər şey dəyişdi. Artıq 3 ildir nə duş alır, nə evdən çıxır. Əvvəllər duşa girməsə mənə əsəbiləşirdi, indi isə heç istəmir. Özünü evə bağladı, yalnız telefon və kompüterlə məşğuldur. Mənimlə danışmır, çox vaxt "ölmək istəyirəm" deyir. Ona "duşa gir" deyəndə, "onsuz da öləcəyəm" cavabını verir. Mən bir anayam, onu tək buraxa bilmirəm. Bəzən mübahisə edirik, amma yenə də onu başa düşməyə çalışıram. Başqa övladım yoxdur. 3 ildir oğluma bu vəziyyətdə baxıram. İndi isə səlahiyyətlilərdən kömək istəyirəm — oğlumun xəstəxanaya yerləşdirilib müalicə olunmasını istəyirəm".
Hadisə ilə bağlı yerli qurumların ailəyə dəstək göstərməsi üçün təşəbbüslər gözlənilir.
2025-10-15
11:56:06
Telefon Asılılığı Olan Gənc: "Əlimdə Olsa Nə Tualetə Gedərəm, Nə Də Yemək Yeyərəm" - FOTO
Digər Xəbərlər
-
Bu Gün Putinlə Görüşəcək
2025-10-15 11:54:11 -
Avroviziyaya Ev Sahibliyi Edəcək ölkədən Sərt Xəbərdarlıq: "İsrail Olmayacaqsa, Biz Də Yoxuq"
2025-10-15 11:10:07 -
Vəhşi Təbiəti Izləmək üçün ən Yaxşı Yerlər Açıqlandı
2025-10-14 23:01:11 -
Paşinyan Iş Gününə Bu Mahnı Ilə Başlayır - VİDEO
2025-10-14 19:46:10 -
Tramp Ərdoğandan Danışdı
2025-10-14 19:16:10