Rusiya Federasiyasının Buryatiya Respublikasının paytaxtı Ulan-Udedə 36 nəfər zəhərlənmə simptomları ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az bildirir ki, bu barədə Buryatiyanın səhiyyə naziri Yevgeniya Ludupova öz "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərdən 21-i 7-15 yaş arası uşaqdır:
"Ümumilikdə isə 43 zəhərlənmə faktı qeydə alınıb. Pasiyentlərdən birinin vəziyyəti ağırdır və o reanimasiyadadır. Digərlərinin vəziyyəti isə orta ağır kimi qiymətləndirilir".
Zərərçəkənlər Ulan-Ude şəhərindəki "Nikolayevski" ticarət şəbəkəsinin müxtəlif mağazalarında satılan "Vostok" şirkətinin hazır qida məhsullarını yeyiblər.
Mütəxəssislər Buryatiyada şaurma yedikdən sonra zəhərlənən üç nəfərə salmonellyoz diaqnozu qoyublar.
Fakt üzrə cinayət işi qaldırılıb, araşdırma aparılır.
2025-10-19
15:10:11
Rusiyada şaurmadan Kütləvi Zəhərlənmə
Digər Xəbərlər
-
Nəhəng Asteroid Yerə Yaxınlaşır
2025-10-19 23:01:10 -
Tramp Venesuela Yaxınlığında Ordunun Elit Dəstəsini Yerləşdirib
2025-10-19 22:41:10 -
İsrail 150 Fələstinlinin Meyitini Qəzzaya Qaytarıb
2025-10-19 22:31:09 -
Tramp Kolumbiyalı Həmkarına Xəbərdarlıq Edib, Bu ölkəyə Subsidiyaları Dayandırıb
2025-10-19 22:21:10 -
5 Milyonluq Sərvətini Itinə Qoydu
2025-10-19 21:51:10