Üç il əvvəl Bakıda dörd nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı məhkum edilən Orxan Səfərli vaxtından əvvəl azad edilib.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məhkəmə məhkumun ərizəsini təmin edib.
O.Səfərlinin cəzasının qalan 1 il 2 aylıq hissəsi şərti hesab edilib.
Qeyd edək ki, klubdakı partlayış 2022-ci ilin aprelində baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, içlərində xarici vətəndaş da olmaqla 34 nəfər, o cümlədən həmin vaxt klubda olan bloqer Aysel Şükür də xəsarət almışdı.
Məhkəmənin hökmü ilə klubun administratoru Rəsul Rəsulov 5 il, menecer Orxan Səfərli isə 4 il azadlıqdan məhrum edilib. Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdilər.
2025-12-14
22:51:10
"Location"dakı Partlayışa Görə Məhkum Edilən Menecer Azadlığa çıxdı
Digər Xəbərlər
-
Sonsuz Yalan Danışırlar: Xroniki Yalançıların 11 Vərdişi
2025-12-15 23:46:10 -
Dünyada ən Sürətli Heyvan Hansıdır?
2025-12-15 23:31:06 -
Mikroplastiklər Yer Kürəsinin Kənarına çatdı
2025-12-15 23:16:10 -
Alimlər Təbii Elektrik Stansiyaları Kimi Fəaliyyət Göstərən Qayalar Kəşf Etdi
2025-12-15 22:46:09 -
İsti Su Antarktidaya çatıb Və Artıq Buzlaqları "yeyir"
2025-12-15 22:31:10