Yaponiya hökumətinin yaydığı hesabatda Nankai Çökəkliyində baş verə biləcək 9 bal gücündə bir zəlzələnin böyük fəlakətə səbəb ola biləcəyi qeyd olunub.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, hedabata görə, belə bir zəlzələ 10-30 metr hündürlüyündə sunamilər yarada və 298 min insanın ölümünə səbəb ola bilər.
Əgər zəlzələ qışda və gecə saatlarında baş verərsə, ölü sayının daha da artacağı bildirilir. Fəlakətin 2,35 milyon binanın dağıdılması və 1,23 milyon insanın təxliyə edilməsinə səbəb olacağı, iqtisadi zərərin isə 1,81 trilyon dollara çata biləcəyi vurğulanır.
Mütəxəssislər, Nankai Çökəkliyində növbəti 30 il ərzində 8-9 bal gücündə bir zəlzələ baş vermə ehtimalının 80% olduğunu bildirirlər. Bunun qarşısını almaq üçün təcili tədbirlərin görülməsi tövsiyə edilir.
Mənbə: https://sonxeber.az