ABŞ Prezidenti Donald Tramp Qərb neft şirkətlərinin Venesuelaya yüz milyardlarla dollar sərmayə qoyacaqlarını iddia edir.
Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir.
Florida ştatının Uest-Palm-Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsinə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərə verdiyi müsahibədə Tramp Qərb neft şirkətlərinin rəhbərləri ilə Venesuelaya həsr olunmuş görüşünü yüksək qiymətləndirib. Onun sözlərinə görə, məsələnin mahiyyəti üzrə razılaşmaların əldə edildiyini demək olar.
"Neft şirkətlərinin rəhbərləri ilə əla görüş baş tutdu. Biz, belə demək olarsa, müqaviləni formalaşdırdıq", - deyə Tramp əmin edib.
"Onlar neft hasil etmək üçün yüz milyardlarla dollarla gələcəklər. Bu, həm Venesuela, həm də ABŞ üçün əladır. Çoxlu pul qazanılacaq. Neft qiymətləri düşəcək. Baxmayaraq ki, onlar artıq kifayət qədər enir. Bizim dünyanın ən böyük şirkətləri ilə əla görüşümüz oldu", - deyə Vaşinqton administrasiyasının rəhbəri bildirib.
Braziliya rəhbərliyinin Venesuela ətrafındakı vəziyyətlə bağlı narahatlıqlarını şərh edən Tramp əminliyini ifadə edib ki, Cənubi Amerikada hər kəs xoşbəxt olacaq.
"Venesuela xoşbəxtdir. Onların hamısı xoşbəxt olacaq", - deyə o qeyd edib.
2026-01-10
21:51:05
Qərb Neft şirkətləri Venesuelaya Yüz Milyardlarla Dollar Sərmayə Qoyacaqlar
Digər Xəbərlər
-
Pezeşkian: Bir Sıra Insanlar İranda Xaos Yaratmağa çalışırlar
2026-01-11 13:41:06 -
Tramp ABŞ-nin İranda Etirazçılara Köməyə Hazır Olduğunu Bəyan Edib
2026-01-11 13:31:10 -
BMT: 21 Milyona Yaxın Sudanlı Aclıqla üzləşib
2026-01-11 13:11:09 -
Tənha Yaşadığı Karavanda Meyiti Tapıldı
2026-01-11 12:51:10 -
ABŞ-də Nüvə Sınaqlarının Keçirilməsi Imkanı Müzakirə Edilir
2026-01-11 12:41:10