Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstandakı tədbirdə baraban çalması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda Paşinyanın bu davranışı birmənalı qarşılanmayıb.
İranın ABŞ və İsrail tərəfindən raket hücumlarına məruz qaldığı günlərdə Paşinyanın əylənməsi diqqət çəkib. Bəzi şərhçilər bunu dövlət rəhbərinin strateji uzaqlaşması kimi qiymətləndirirlər.
Bundan əlavə, Paşinyan və həyat yoldaşı Anna Hakobyanın ayrıldığı iddiaları da gündəmdədir. Rəsmi nikahı olmayan cütlüyün münasibətlərinin bitməsi Ermənistan ictimaiyyətində geniş müzakirə olunur. Uzun illər birlikdə yaşayan cütlük hələlik rəsmi açıqlama verməyib.