Pakistan və Əfqanıstan Dohada keçirilən danışıqlar zamanı dərhal atəşkəs barədə razılığa gəliblər.
Oxu.Az bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadla xəbər verir.
"Danışıqlar zamanı tərəflər dərhal atəşkəs və iki ölkə arasında davamlı sülh və sabitliyi gücləndirmək üçün mexanizmlər yaratmaq barədə razılığa gəliblər", - deyə XİN-in bəyanatında qeyd olunub.
Sənədə əsasən, hər iki tərəf yaxın günlərdə atəşkəs rejiminin davamlılığını təmin etmək və ona etibarlı və davamlı şəkildə əməl olunmasını yoxlamaq üçün görüşlər keçirməyə razılaşıb.
Xatırladaq ki, oktyabrın 15-də iki ölkə 48 saatlıq atəşkəsə dair saziş bağlamışdılar.
2025-10-19
16:11:10
Pakistan Və Əfqanıstan Dərhal Atəşkəs Barədə Razılığa Gəliblər
Digər Xəbərlər
-
Nəhəng Asteroid Yerə Yaxınlaşır
2025-10-19 23:01:10 -
Tramp Venesuela Yaxınlığında Ordunun Elit Dəstəsini Yerləşdirib
2025-10-19 22:41:10 -
İsrail 150 Fələstinlinin Meyitini Qəzzaya Qaytarıb
2025-10-19 22:31:09 -
Tramp Kolumbiyalı Həmkarına Xəbərdarlıq Edib, Bu ölkəyə Subsidiyaları Dayandırıb
2025-10-19 22:21:10 -
5 Milyonluq Sərvətini Itinə Qoydu
2025-10-19 21:51:10