Nepal Prezidenti Ram Çandra Paudel ölkədə kütləvi iğtişaşlar fonunda istefa verib.
Oxu.Az "Belta"ya istinadən xəbər verir ki, etirazçılar ölkənin onların nəzarətinə keçdiyini bəyan edərək, yeni hökumətin formalaşdırılmasına və seçkilərin keçirilməsinə çağırıblar.
15:48
Nepalın paytaxtı Katmanduda etirazçılar parlament binasını ələ keçirərək yandırıblar.
Oxu.Az-ın AFP-yə istinadən verdiyi xəbərə görə, bu barədə qanunverici orqanın nümayəndəsi Ekram Qiri məlumat verib.
"Yüzlərlə insan parlament binasını ələ keçirib və əsas binanı yandırıb", - Qiri bildirib.
Zorakılıq dalğası təkcə dövlət qurumları ilə məhdudlaşmayıb. Nümayişçilər Katmandudakı məşhur "Hilton" hotelini də yandırıblar.
Nepalın keçmiş baş naziri Şer Bahadur Deuba və xarici işlər naziri postunu tutan həyat yoldaşı Arzu Rana Deubaya hücum olunub. Həmçinin, yüksəkrütbəli məmurların etirazçılar tərəfindən fiziki təzyiqə məruz qaldığı bildirilir. Etirazçılar etirazçılardan gizlənməyə çalışan maliyyə naziri Prasad Paudelə də hücum ediblər".
Məlumata görə, Nepalda davam edən iğtişaşlar nəticəsində ölənlərin 22 nəfərə çatıb.
Etirazlar rəsmi liderlər olmadan keçirilsə də, onlara "Hami Nepal" qeyri-kommersiya gənclər təşkilatının sədri Sudan Qurunq rəhbərlik edib.
13:20
Nepalın baş naziri Khadma Prasad Şarma Oli hökumətin sosial media qadağası ilə bağlı etirazların şiddətlənməsi fonunda istefa verib.
Oxu.Az "India Today"ə istinadən xəbər verir ki, bunu onun köməkçisi Prakaş Silval təsdiqləyib.
Qeyd edək ki, Nepalda hökumətin sosial media platformalarına qoyulan qadağanı aradan qaldırdığını elan etməsinə baxmayaraq, etirazlar ikinci gündür davam edir. Nümayişçilər bazar ertəsi 20 nəfərin öldürülməsindən və 250-dən çox insanın yaralanmasından sonra Olinin istefasını və hökumətin istefasını tələb ediblər.
Nepal hökumətinin üzvləri ölkədəki etirazlarla əlaqədar olaraq mülki uçuşlar üçün fəaliyyətini dayandıran Katmandu Beynəlxalq Hava Limanına hərbi vertolyotlarla təxliyə edilirlər.
Məlumata görə, əməliyyata azı beş helikopter cəlb olunub. Hava limanına ən azı 300 hərbçi yerləşdirilib. Bildirilir ki, həmçinin baş nazir Şarma Olinin təxliyəsi də mümkündür.
12:12
Nepalda etirazçılar ölkə Prezidenti Ram Çandra Paudelin iqamətgahına girərək onu yandırıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə NDTV kanalı məlumat yayıb.
Kanal sosial şəbəkələrdən nümayişçilərin prezident evini necə dağıtdığını əks etdirən videoçarx nümayiş olunub.
Həmçinin bildirilib ki, Nepalda 19 nəfərin öldürüldüyü kütləvi etirazlardan sonra sosial şəbəkələrə qoyulan qadağa aradan qaldırılıb.
Nepal Nazirlər Kabinetinin nümayəndəsi bildirib ki, ölkə hakimiyyəti bütün ölkəni bürümüş kütləvi etirazlardan sonra bir gün ərzində 20-dən çox sosial şəbəkə və mesencerin bloklanmasını aradan qaldırıb. Nümayişlər zamanı 19 nəfər həlak olub, 100-dən çox iştirakçı yaralanıb.
Sosial şəbəkələrin və mesencerlərin bloklanması barədə qərar Nepal hakimiyyəti tərəfindən sentyabrın əvvəlində verilib. Qadağaya "Facebook", "Instagram", "WhatsApp" və "YouTube" daxildir.
Bundan əvvəl, nümayişçilər Nepalın paytaxtı Katmanduda bir neçə siyasətçinin iqamətgahını yandırıblar.
Mənbə: https://sonxeber.az