Məşhur Rok Qrupunun Gitaraçısı Qəfil öldü

Amerikalı rok qrupu "Limp Bizkit"-in gitaraçısı Sem Rivers 48 yaşında vəfat edib. Lent.az-ın xəbərinə görə, bu barədə qrup öz "Instagram" səhifəsində paylaşım edib. "Bu gün biz qardaşımızı, qrup yoldaşımızı, ürəyimizi itirdik. Sem Rivers sadəcə, bas gitarist deyildi, o, sehrin özü idi", – paylaşımda qeyd olunub. Qeyd edək ki, "Limp Bizkit" qrupu 1994-cü ildə ABŞ-ın Florida ştatında yaradılıb. Qrup üç dəfə "Qremmi" mükafatına namizəd olub. "Limp Bizkit"-in dünyada 40 milyon ədəddən çox albomu satılıb.