Meksikanın beş ştatında leysan yağışlar və daşqınlar nəticəsində indiyədək 76 nəfər ölüb, 39 nəfər itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə "El Universal" Meksika hökumətinin saytındakı bəyanata istinadən məlumat yayıb.
Bundan əvvəl 72 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, ən çox Verakrus və İdalqo ştatları zərər çəkib. Verakrusda 34 nəfər ölüb, 14 nəfər itkin düşüb. İdalqoda isə ölü sayı 22-dir, 20 nəfər barəsində xəbər yoxdur. Puebla ştatında 19 nəfər həyatını itirib, 5 nəfərin taleyi naməlum olaraq qalır. Keretaroda isə bir nəfərin öldüyü bildirilir. Ümumilikdə, 90 bələdiyyəyə ziyan dəyib.
Milli Mülki Müdafiə Koordinatoru Tamaulipas ştatındakı Syudad-Madero və Tampiko bələdiyyələrinin, eləcə də Verakrus ştatının Anauak, Syudad-Kuautemok və Panuko bələdiyyələrinin sakinlərinə şənbə günü Panuko çayında suyun səviyyəsinin yüksəlməsi və daha təhlükəsiz ərazilərə təxliyə zərurəti barədə xəbərdarlıq edib.
2025-10-19
13:22:10
Meksikada Daşqınlar Nəticəsində ölənlərin Sayı 76-ya çatıb
Digər Xəbərlər
-
Almaniya Gürcüstandakı Səfirini Məsləhətləşmələr üçün Geri çağırıb
2025-10-19 19:31:10 -
Yer Kürəsində Oktyabr Ayının üçüncü Maqnit Qasırğası Başlayıb
2025-10-19 19:11:10 -
İranda Keçmiş Və Indiki Deputatlar Həbs Cəzası Aldılar
2025-10-19 19:01:11 -
İsrail Livanla Sərhəddə 5 Gün Hərbi Təlimlər Keçirəcək
2025-10-19 18:31:10 -
Hamilə Arvadını öldürüb Körpəsini çıxartdı - Ölkəni Sarsıdan Cinayətdə ÖLÜM HÖKMÜ
2025-10-19 17:51:09