Maya Sandu: İranda Səslərini Demokratik Seçim üçün Qaldıran Cəsur Insanlarla Həmrəyik

Moldova Prezidenti Maya Sandu İranın cəsur insanları ilə həmrəy olduqlarını bildirib. "Report" xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib. Moldova dövlət başçısı İranda öz səslərini azadlıq, ləyaqət və demokratik seçim üçün qaldıran cəsur insanlar haqqında düşündüyünü vurğulayıb: "Onların öz gələcəklərini formalaşdırmaq əzmi sərhədlərindən çox uzaqlara çatır. Moldova həmrəylik nümayiş etdirir".