Martın 16-da maraqlı bir kosmik hadisə baş verəcək. 3I/ATLAS adlı ulduzlararası kometa Yupiter planetinə ən yaxın nöqtədən keçəcək. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.
Hesablamalara görə, kometanın Yupiterə ən yaxın məsafəsi təxminən 53 milyon km olacaq. Bu yaxınlaşma heç bir toqquşma riski yaratmır.
3I/ATLAS, Günəş sistemindən kənardan gələn və hiperbolik trayektoriya ilə hərəkət edən bir kometadır. O, 2025-ci ildə ATLAS müşahidə sistemi tərəfindən kəşf edilib. Günəş sistemindən keçdikdən sonra yenidən ulduzlararası fəzaya qayıdacaq.
Alimlər bu keçidin əsas məqsədinin Yupiterin cazibə qüvvəsinin kometanın hərəkətinə təsirini öyrənmək olduğunu bildirirlər. Bu cür ulduzlararası obyektlərin müşahidəsi nadir hadisədir və planet sistemlərinin yaranmasını anlamağa kömək edir.