ABŞ hökumətinin nümayəndələri Kolumbiyanın sularında balıqçı qayığına hücum edərək, qətl törədiblər və bu ölkənin suverenliyini pozublar.
"Report"un xəbərinə görə, bunu Cənubi Amerika ölkəsinin Prezidenti Qustavo Petro "X" sosial şəbəkəsində yazıb.
"ABŞ hökumətinin nümayəndələri qətl törətdilər və ərazi sularında bizim suverenliyimizi pozdular. Balıqçı Alexandro Karansanın narkotik ticarəti ilə heç bir əlaqəsi yox idi; onun gündəlik fəaliyyəti balıqçılıq idi", - Petro yazıb.
Bundan əvvəl dövlət başçısı sentyabrın 16-da ABŞ-nin hücumuna məruz qalan qayığın Kolumbiyaya məxsus olduğunu, "mühərrikinin nasazlıq əlaməti olaraq sudan çıxarıldığını və söndürüldüyü"nü yazıb.
Prezident vurğulayıb ki, ölkə hakimiyyəti ABŞ hökumətindən izahat gözləyir və Baş Prokurorluqdan həlak olanların ailələrinin müdafiəsi üçün təcili tədbirlər görməyi və onların beynəlxalq məhkəmə proseslərində iştirakına baxılmasını xahiş edib.
2025-10-19
23:31:10
Kolumbiya Prezidenti: ABŞ Suverenliyimizi Pozub
Digər Xəbərlər
-
Husilər BMT-nin Bir Neçə əməkdaşını Saxlayıblar
2025-10-19 23:51:10 -
Tramp şatdaunun Respublikaçılar üçün Faydasından Danışdı
2025-10-19 23:41:10 -
Rusiyada 43 Nəfər Kəskin Bağırsaq Infeksiyası Diaqnozu Ilə Xəstəxanaya Yerləşdirilib
2025-10-19 23:21:10 -
KİV: Nikolya Sarkozi Həbsxanada Təkadamlıq Kameraya Yerləşdiriləcək
2025-10-19 23:11:10 -
Nəhəng Asteroid Yerə Yaxınlaşır
2025-10-19 23:01:10