İspaniya Xi̇n: İrandakı Müharibə Avropanı Böhrana Sürükləyə Bilər!

İspaniya Xarici İşlər Naziri Xose Manuel Albares xəbərdarlıq edib ki, ABŞ və İsrailin İrandakı hərbi əməliyyatları Avropada ciddi problemlər yarada bilər. Nazir, bu müharibənin yaşayış xərclərini artıracağını və nəzarətsiz miqrasiya axınına səbəb olacağını vurğulayıb.

“El País” qəzetinə müsahibəsində Albares bildirib ki, Yaxın Şərqdəki müharibənin təsiri Aralıq dənizi və Avropanın cənubuna qədər uzanacaq. O, enerji daşıyıcılarının qiymətlərinin artmasının artıq ispanlara və avropalılara zərbə vurduğunu qeyd edib. Nazir, İspaniyanın sülh çağırışlarının həm ispanların və avropalıların dəyərlərinə, həm də ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb.

Albaresin sözlərinə görə, Avropa məlumatlandırılmadan və rəyi soruşulmadan başlanan bu müharibə ucbatından yaşayış xərclərinin artması və ümidsiz qaçqınların kütləvi axını təhlükəsi ilə üz-üzədir. O, tərəfdaşları və müttəfiqləri məlumatlandırmadan, beynəlxalq hüququ pozaraq aparılan birtərəfli müharibəyə heç bir bəraət qazandırıla bilməyəcəyini bildirib.