İranda maraqlı hadisə baş verib. Bir qadın, daşın üzərinə çıxaraq ölkənin kişilərinə müraciət edib.
Məlumata görə, qadın Əli Xameneinin ölümündən sonra çıxış edərək ABŞ-yə qarşı mübarizə aparmağa çağırıb.
Toplaşanlara xitab edən qadın, "Əgər kişisinizsə, rəhbərin vəsiyyətinə əməl edin, bu ölkəyə ABŞ-nin ayaq basmasına icazə verməyin, həyat yoldaşlarınızı və qızlarınızı qoruyun" deyə bildirib.
Hadisə şahidlərinin lentə aldığı görüntülər sosial mediada geniş yayılıb.