İranın məhkəmə sistemi keçmiş deputat Mustafa Kəvakibian və hazırkı deputat Əbülfəzl Zöhrəvəndi şərhlərinə görə həbs cəzasına məhkum edib.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Bildirilir ki, parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü Zöhrəvənd "milli təhlükəsizliyə qarşı danışmaq" ittihamı ilə 3 ay 1 gün həbs cəzasına məhkum edilib və 3 il şərti cəza alıb.
Onun mediada fəaliyyətinə, müsahibələrə və məqalələr dərc etməsinə iki il müddətinə qadağa qoyub.
Cəza verilməsinə səbəb Zöhrəvəndin onlayn söhbətində 12 günlük müharibə ilə bağlı açıqlamaları olub.
Keçmiş deputat Kəvakibian da 14 ay müddətinə azadlıqdan məhrum edilib və cəzanın icrası dörd il müddətinə təxirə salınıb.
2025-10-19
19:01:11
İranda Keçmiş Və Indiki Deputatlar Həbs Cəzası Aldılar
Digər Xəbərlər
-
Husilər BMT-nin Bir Neçə əməkdaşını Saxlayıblar
2025-10-19 23:51:10 -
Tramp şatdaunun Respublikaçılar üçün Faydasından Danışdı
2025-10-19 23:41:10 -
Kolumbiya Prezidenti: ABĹž Suverenliyimizi Pozub
2025-10-19 23:31:10 -
Rusiyada 43 Nəfər Kəskin Bağırsaq Infeksiyası Diaqnozu Ilə Xəstəxanaya Yerləşdirilib
2025-10-19 23:21:10 -
KİV: Nikolya Sarkozi Həbsxanada Təkadamlıq Kameraya Yerləşdiriləcək
2025-10-19 23:11:10