İranın cənub-şərqində yerləşən Taftan vulkanı 700 min ildən çox davam edən sükutdan sonra yenidən aktivləşib.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, alimlərin məlumatına görə, vulkanın səthi 2023-cü ilin iyulundan 2024-cü ilin mayına qədər 10 ay ərzində təxminən doqquz santimetr yüksəlib.
Mütəxəssislər hesab edirlər ki, bu, vulkanın səthinin altında qaz təzyiqinin artmasından xəbər verir və onun tamamilə "yatmış" vəziyyətdən çıxdığını göstərir.
Alimlər bildirirlər ki, vulkanın oyanması ciddi seysmik müşahidə və davamlı monitorinq tələb edir, çünki prosesin necə inkişaf edəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, Taftan vulkanı 3940 metr hündürlükdə, İranla Pakistan sərhədində dağlıq ərazidə yerləşir.
2025-10-18
21:31:06
İranda 700 Min Il "yatmış" Vulkan Oyandı: Alimlərdən Xəbərdarlıq
Digər Xəbərlər
-
Torpaq Uçqunu Baş Verdi: Iki Qardaş öldü
2025-10-19 11:41:09 -
Fidan: Rusiya-Ukrayna Müharibəsinin Həllində Irəliləyişin Olacağına ümid Edirik
2025-10-19 11:31:07 -
Tramp: Narkotik Daşıyan Sualtı Qayıq ABŞ-yə Gələrkən Məhv Edilib
2025-10-19 11:20:12 -
Xərçəngdən əziyyət çəkən Model Podiuma çıxmaq Istədi, Rədd Cavabı Aldı
2025-10-19 10:21:10 -
Tailand Və Kamboca Ağır Silahların Sərhəddən çıxarılması Ilə Bağlı Razılığa Gəliblər
2025-10-19 10:11:06