İran Silahlı Qüvvələri İsrailin şimalında yerləşən Ramat David aviabazasının yanacaq çənlərinə zərbələr endirib. Bu barədə İran dövlət televiziyası ölkənin silahlı qüvvələrinin yaydığı bəyanata
Bəyanatda deyilir ki, dünən gecə Hərbi Dəniz Qüvvələri bir neçə "Araş" tipli hücum dronları ilə Ramat David hərbi hava bazasının yanacaq çənlərinə zərbələr endirib.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Həqiqi vəd-4" əməliyyatının 19-cu dalğasının başladığını elan edib. SEPAH-ın mətbuat xidmətinin bildirdiyinə görə, ABŞ və İsrail mövqelərinə həm raketlər, həm də dronlar vasitəsilə zərbələr endiriləcək.