İran İsrailə Və Abş Bazasına Zərbələr Endirdi: Son Vəziyyət

İran İsrailin şimalındakı Ramat-David aviabazasına və İsrail Hərbi Hava Qüvvələrinin Meron aviabazasındakı radiolokasiya stansiyasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

İranın "Xatam əl-Anbiya" Hava Hücumundan Müdafiə Qüvvələrinin Mərkəzi Qərargahının nümayəndəsi bu barədə məlumat verib.

Bundan əlavə, İran hərbi-dəniz qüvvələri ABŞ-nin Küveytdəki Əl-Udeyri hərbi düşərgəsinə də PUA zərbələri endirib. Hadisənin təfərrüatları araşdırılır.