Yəmən ərazisinin təxminən üçdə birinə nəzarət edən "Ənsar Allah" üsyançı hərəkatından olan husilər Sənada BMT-nin bir neçə əməkdaşını saxlayıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı mənbələrə istinadən bildirib.
Məlumata görə, husilərin təhlükəsizlik qüvvələri üsyançıların nəzarətində olan ərazidə fəaliyyətini davam etdirən təşkilatın ofislərindən birində reyd keçiriblər. Qeyd olunur ki, onların mobil telefonları və digər rabitə vasitələri müsadirə edilib.
Bildirlib ki, son iki gündə Yəməndə husilərin beynəlxalq təşkilatların obyektlərinə hücumları artıb. Onun sözlərinə görə, hücumların növbəti dalğası üsyançıların lideri Əbdül Məlik əl-Husinin Yəmən ərazisində fəaliyyət göstərən humanitar təşkilatlarla əlaqəli olan casusların mövcudluğu barədə son açıqlamasından sonra başlayıb.
2025-10-19
23:51:10
Husilər BMT-nin Bir Neçə əməkdaşını Saxlayıblar
Digər Xəbərlər
-
Tramp şatdaunun Respublikaçılar üçün Faydasından Danışdı
2025-10-19 23:41:10 -
Kolumbiya Prezidenti: ABĹž Suverenliyimizi Pozub
2025-10-19 23:31:10 -
Rusiyada 43 Nəfər Kəskin Bağırsaq Infeksiyası Diaqnozu Ilə Xəstəxanaya Yerləşdirilib
2025-10-19 23:21:10 -
KİV: Nikolya Sarkozi Həbsxanada Təkadamlıq Kameraya Yerləşdiriləcək
2025-10-19 23:11:10 -
Nəhəng Asteroid Yerə Yaxınlaşır
2025-10-19 23:01:10