Fransa Hökuməti Buraxıldı

Fransa hökuməti buraxılıb. "Qafqazinfo" BBC-yə istinadən xəbər verir ki, Baş nazir Fransua Bayru hökumətinə çağırdığı etimad səsverməsində uduzub. Fransa Milli Assambleyasının 364 deputatı onun vəzifədən kənarlaşdırılması və azlıq hökumətinin devrilməsi üçün səs verib. Daha 19-u qərarın əleyhinə çıxış edib, 25 deputat isə bitərəf qalıb. Qeyd edək ki, Bayru hökuməti 1958-ci ildən bəri etimadsızlıq səsverməsində uduzan ilk adminstrasiya olub.

Mənbə: https://sonxeber.az