ABŞ Fordo nüvə obyektinə planlaşdırılan hücumdan əvvəl İranı məlumatlandırıb.
"Report"un "Azad İran" telegram kanalına istinadən verdiyi məlumata görə, bunu iranlı mühafizəkar siyasi ekspert Fuad İzadi deyib.
Onun sözlərinə görə, amerikalılar Fordo və Natanz obyektlərinə hücum etmək niyyətləri barədə də xəbərdarlıq ediblər, bundan sonra iranlıların ABŞ-nin hansı bazasına cavab verəcəyini soruşublar.
"Amerikalılar dedilər: "Biz hücum edəcəyik, siz isə cavab olaraq bazalarımızdan birinə zərbə endirəcəksiniz". Sadəcə hansı bazanı seçəcəyimizi bilmək istəyirdilər", - İzadi qeyd edib.
İyunun 22-də ABŞ İrandakı üç nüvə obyektini vurub: Fordo, İsfahan və Natanz. Həmin gün İran ABŞ-ın Qətərdəki "Əl Udeyd" bazasına raket zərbəsi endirib.
2025-10-19
14:21:06
Ekspert: ABŞ Nüvə Obyektlərinə Hücumdan əvvəl İranı Məlumatlandırıb
Digər Xəbərlər
-
İranda Müxalif Din Xadimi Güllələndi
2025-10-19 17:01:10 -
Pakistan Kosmosa Ilk Hiperspektral Peykini Buraxıb
2025-10-19 16:31:06 -
Pakistan Və Əfqanıstan Dərhal Atəşkəs Barədə Razılığa Gəliblər
2025-10-19 16:11:10 -
Məşhur Rok Qrupunun Gitaraçısı Qəfil öldü
2025-10-19 15:41:07 -
Ukrayna Ordusu Orenburqda Qaz Emalı Zavoduna PUA-lara Hücum Edib
2025-10-19 15:20:13