Bu Qidaların Reklamı Britaniyada Yasaqlandı

Böyük Britaniyada qeyri-sağlam qidaların televiziyada saat 21:00-dək reklamına qadağa qüvvəyə minib, həmçinin bu cür məhsulların internetdə reklamı tamamilə yasaqlanıb. Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Yeni qaydalara əsasən, tərkibində yüksək miqdarda yağ, şəkər və duz olan qidaların, o cümlədən pizza, çips, kartof fri, yulaf lopaları və müsli məhsullarının reklamı qadağan edilir. Bu tədbir uşaqlar arasında piylənmə ilə mübarizə məqsədi ilə izah olunur. Böyük Britaniyanın səhiyyə naziri Eşli Dalton bildirib ki, hökumət hər bir uşağa sağlam həyat üçün ən yaxşı başlanğıcı təmin etmək niyyətindədir: "Biz hər bir uşağa həyatında ən yaxşı və sağlam başlanğıcı vermək üçün əlimizdən gələni edəcəyimizə söz vermişik. Biz Milli Səhiyyə Xidmətinin xəstəlikləri müalicə etməsindən onların qarşısının alınmasına keçirik".