Avstriya Hökuməti Miqrantların öz Ailələrini ölkəyə Gətirməsinə Qadağa Qoymağa Hazırlaşır

Avstriya Hökuməti Miqrantların öz Ailələrini ölkəyə Gətirməsinə Qadağa Qoymağa Hazırlaşır
Avstriya hökuməti 2026-cı ilin ikinci yarısından miqrantların ailələrini öz yanlarına gətirmək hüququnu tamamilə məhdudlaşdırmağı planlaşdırır. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristian Ştoker "Financial Times" qəzetinə müsahibəsində bildirib. Avstriyanın baş naziri miqrant ailələrinə qoyulacaq qadağanın ölkənin dövlət dilinin tədrisi və mənimsənilməsi ilə əlaqədar olduğunu bildirib. O qeyd edib ki, məktəblərdə şagirdlərə alman dilini öyrətmək üçün yerlər dolub. "Sistemimiz həddən artıq yüklənib", - deyə Kristian Ştoker vurğulayıb. O, həmçinin Vyanada və digər böyük şəhərlərdə miqrant uşaqlar tərəfindən törədilən cinayətlərin çoxluğuna vurğu edərək bildirib ki, onların əksəriyyəti suriyalı miqrant ailələrin payına düşür.

Mənbə: https://sonxeber.az