Ana Ruh çıxarma Zamanı 4 Yaşlı Qızını öldürdü

Ana Ruh çıxarma Zamanı 4 Yaşlı Qızını öldürdü
Ukraynanın İvano-Frankivsk vilayətində qadın ruhların çıxarılması mərasimi zamanı azyaşlı qızını öldürüb. Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Kaluş şəhərində baş verib. Yoxlama zamanı polis əməkdaşları 4 yaşlı qız meyitini aşkar ediblər. Mərhumun anası hadisə yerində olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin istintaq-əməliyyat tədbirləri həyata keçirib. 32 yaşlı ananın öz övladını qəsdən öldürdüyünü sübut edən faktlar üzə çıxıb. Yerli KİV-in məlumatına görə, qadın uşağa ruh çıxarma əməliyyatı edib və prosesi videoya çəkib. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.

Mənbə: [https://sonxeber.az]