Sinqapurun Nanyanq Texnologiya Universitetinin alimləri digər ölkələrdən olan həmkarlarının iştirakı ilə Şimali Asiyadan Tierra del Fueqoya qədər 20 min km-dən çox məsafə qət edib ən qədim köçkünlərin marşrutunu yenidən qurublar. Bu miqrasiya bəşər tarixində məlum olan ən uzun miqrasiyadır.
"Report" xəbər verir ki, bu barədə araşdırma "Science" elmi jurnalında dərc olunub.
Genetik analiz, təxminən 14 min il əvvəl qədim insanların Cənubi Amerikanın şimal-qərb sahillərinə çatdıqları marşrutu izləməyə imkan verib.
Çoxminillik səyahət miqrantların genetik müxtəlifliyinin azalması ilə nəticələnib.
Tədqiqat həm də müxtəlif qrupların Pataqoniyanın buz sahələrindən tutmuş yüksək And dağlarına qədər ekstremal şəraitə necə uyğunlaşdığını göstərib.
Mənbə: https://sonxeber.az