Amerika hüquq-mühafizə orqanları Braun Universitetində baş verən atışmanın beynəlxalq terrorizmlə bağlı olub-olmadığını hələlik dəqiq deyə bilmir.
"Report"un xəbərinə görə, bu barədə şəhər polis rəisinin müavini Timoti Ohara mətbuat konfransında bildirib.
O, müxbirin sualına cavabında "Bilmirik" deyib.
Ohara qeyd edib ki, atışmada şübhəli bilinən şəxsin video yazısı olsa da, onun üzü görünmür: "Onun kimliyi hələ müəyyən edilməyib. Səlahiyyətlilər onun 30-39 yaşlarında bir kişi olduğunu düşünürlər".
Son məlumatlara görə, atışma nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.
2025-12-14
23:11:09
ABŞ Rod-Aylenddəki Atışmanın Beynəlxalq Terrorizmlə əlaqəsi Olub-olmadığından əmin Deyil
Digər Xəbərlər
-
Sonsuz Yalan Danışırlar: Xroniki Yalançıların 11 Vərdişi
2025-12-15 23:46:10 -
Dünyada ən Sürətli Heyvan Hansıdır?
2025-12-15 23:31:06 -
Mikroplastiklər Yer Kürəsinin Kənarına çatdı
2025-12-15 23:16:10 -
Alimlər Təbii Elektrik Stansiyaları Kimi Fəaliyyət Göstərən Qayalar Kəşf Etdi
2025-12-15 22:46:09 -
İsti Su Antarktidaya çatıb Və Artıq Buzlaqları "yeyir"
2025-12-15 22:31:10