ABŞ-nin Merilend ştatında baş verən yol qəzasında 11 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "ABC News" məlumat yayıb.
Belə ki, Bladensburq yaşayış massivində avtomobilin çadıra çırpılması nəticəsində 9-u azyaşlı olmaqla 11 nəfər xəstəxanalıq olub. Qəza nəticəsində iki qadın da yaralanıb.
Qeyd olunub ki, yeni doğulmuş körpənin və bir azyaşlı qızın vəziyyəti ağırdır. Digərləri ciddi xəsarətlər alsalar da, həyatları üçün təhlükə yoxdur. Hazırda qəzanın səbəbləri araşdırılır.
2025-10-19
14:31:10
ABŞ-də Yol Qəzasında 9-u Azyaşlı Olmaqla 11 Nəfər Yaralanıb
Digər Xəbərlər
-
Almaniya Gürcüstandakı Səfirini Məsləhətləşmələr üçün Geri çağırıb
2025-10-19 19:31:10 -
Yer Kürəsində Oktyabr Ayının üçüncü Maqnit Qasırğası Başlayıb
2025-10-19 19:11:10 -
İranda Keçmiş Və Indiki Deputatlar Həbs Cəzası Aldılar
2025-10-19 19:01:11 -
İsrail Livanla Sərhəddə 5 Gün Hərbi Təlimlər Keçirəcək
2025-10-19 18:31:10 -
Hamilə Arvadını öldürüb Körpəsini çıxartdı - Ölkəni Sarsıdan Cinayətdə ÖLÜM HÖKMÜ
2025-10-19 17:51:09