Yaqub Qurbanov Sərbəst Buraxıldı - Monteneqrodakı Hadisə Vaxtı Evdə Imiş

Monteneqronun paytaxtı Podqoritsada Türkiyə vətəndaşlarının da iştirak etdiyi iddia edilən bıçaqlı insident nəticəsində saxlanılan Azərbaycan vətəndaşı Yaqub Qurbanov sərbəst buraxılıb. Sonxeber.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı dünən axşam saatlarında azad olunub. Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub. Qeyd edək ki, oktyabrın 25-i Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasına görə saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşı Yaqub Qurbanov da var idi.