Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevropatoloqu Dürdanə Rauf qızı Səfərovanın müalicə alan xəstə ilə qeyri-peşəkar rəftarının görüntüləri yayılıb.
Oxu.Az-a daxil olan görüntülərdə həkimin peşə etikasından uzaqlaşaraq xəstəni təhqir və təhdid etməsi əks olunub.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Terapiya şöbəsinin həkim-nevropatoloqu Dürdanə Rauf qızı Səfərova müalicə alan xəstə ilə yersiz mübahisələr aparıb və beləliklə, davranış qaydalarını pozmaqla vətəndaşın haqlı narazılığına səbəb olub.
Məlumatda qeyd olunub ki, D.Səfərova xəstə ilə münasibətləri düzgün qiymətləndirməyib və davranış qaydalarını pozub:
"D.Səfərova yazılı izahatında da xəstə ilə davranış qaydalarını pozduğunu dolayısı ilə təsdiq edib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyovun əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq Dürdanə Rauf qızı Səfərovaya etik davranış qaydalarını pozduğu üçün töhmət verilib".
Görüntüləri BURADAN izləyin.
2025-10-31
23:41:09
Xəstə Ilə Kobud Rəftar Edən Nevropatoloqa TÖHMƏT VERİLDİ
Digər Xəbərlər
-
Baş Prokurorluq əməliyyat Keçirdi: Vəzifəli şəxslər Həbs Edildilər
2025-11-02 01:36:11 -
"Art Weekend" çərçivəsində "Nəfəs – Söz Və Səsin Vəhdəti" Adlı Növbəti Layihənin Təqdimatı Keçirilib
2025-11-02 00:57:06 -
Vəfat Edən şəxsin Yığılıb Qalan Pensiya Kapitalının Aqibəti Necə Olacaq?
2025-11-01 23:41:11 -
Ölümə Doğru Atılan Addımlar: Yol Polisi Piyadalara MÜRACİƏT ETDİ
2025-11-01 21:51:09 -
Azərbaycan Banklarında əhalinin əmanətləri 11,5 % Artıb
2025-11-01 21:01:10