Uşaq Musiqi Və Incəsənət Müəllimləri üçün Sertifikasiya Imtahanı!

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan müəllimlər üçün sertifikasiya imtahanı iki mərhələdə keçiriləcək.

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin rəhbəri Adil Vəliyevin sözlərinə görə, sertifikasiya prosesi attestasiya təcrübəsinə əsaslanaraq daha asan həyata keçiriləcək.

İlk attestasiya üçün 150-200 min manat vəsait tələb olunsa da, sertifikasiya ilə bağlı qaydalar qanun qəbul edildikdən sonra işə salınacaq.